
"Barselona"lı istedadın agenti "Real"ın ofisində
- 01 Mar 2022 17:19
- 578
"Barselona"nın yarımmüdafiəçisi Qavi İvan de la Penyanın agenti "Real”ın ofisində görünüb.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.
17 yaşlı ispan futbolçunun “Barsa” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır. Hazırda onun yenilənməsi üçün heç bir ilkin şərt yoxdur.
Qavi bu mövsüm La Liqada 21 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.