
“Barselona”dan Yamalla yeni müqavilə
- 16:15
- 48
"Barselona" futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
İspaniyalı hücumçu ilə Kataloniya təmsilçisi arasındakı yeni anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Yamal 2023-cü ilin aprelində hələ 15 yaşı olarkən "Barselona"da debüt edib. 2023/2024 mövsümündə o, artıq 50 oyun keçirib, 7 qol vurub və 9 qolun ötürməsini edib. Bundan forvard sonra İspaniya millisi ilə Avropa çempionatının qalibi olub. Ötən mövsüm Yamal 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.