
"Barselona"da ciddi itkilər
- 19 Mar 2022 13:20
- 483
“Barselona”nın futbolçuları Jerar Pike və Serjino Dest və UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la oyununda (2:1) zədələniblər.
Rekord.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Dest matçın 56-cı dəqiqəsində əvəzlənib. Onun budunun arxa əzələləri zədələnib.
Cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və iki gün sonra keçiriləcək “el klasiko”da iştirak etməyəcəyi bildirilib.
Pike isə 81-ci dəqiqədə narahatlıq hiss edərək meydanı tərk edib. Onun “Real”la oyunda iştirakı sual altındadır.
Martın 20-də keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.