"Barselona"nın futbolçusu Filipp Koutinyo zədələnib.

Rekord.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi La Liqanın 7-ci turunda "Real"a qarşı matçda (1:3) sol ayaq budundan sıradan çıxıb.

Onun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Koutinyo bu mövsüm 6 matçda 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.