
“Barselona” Ter Ştegeni kapitanlıqdan məhrum etdi
- 11:38
- 38
"Barselona" qapıçısı Mark-Andre ter Ştegenin kapitanlıq vəzifəsindən azad edildiyini açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, almaniyalı futbolçuya qarşı başlanılan məhkəmə xarakterli proses davam edənə qədər qüvvədə olacaq.
Bu müddətdə Kataloniya təmsilçisinin əsas kapitanı Ronald Arauxo olacaq. Qərar klubun idman direktorluğu və məşqçilər heyəti ilə razılaşdırılıb.
Ter Ştegen klubun La Liqaya təqdim etməli olduğu tibbi sənədə imza atmaqdan imtina edib. Bu sənəd onun keçirdiyi bel əməliyyatı ilə bağlıdır və La Liqa tərəfindən yeni oyunçuların qeydiyyatı üçün zəruridir. Alman qapıçının bu imtinası klubun həm maliyyə, həm də idman planlarını çətin vəziyyətə salıb.