
“Barselona” “Real”la oyuna ciddi itkilərlə çıxacaq
- 18 Mar 2022 12:15
- 499
“Barselona”nın futbolçuları Jerar Pike və Serjino Dest Avropa Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la oyununda (3:1) zədələniblər.
Rekord.az xəbər verir ki, Dest matçın 56-cı dəqiqəsində əvəzlənib.
Onun budunun arxa əzələləri zədələnib. Cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və iki gün sonra keçiriləcək “el klasiko”da iştirak etməyəcəyi bildirilib.
Pike isə 81-ci dəqiqədə narahatlıq hiss edərək meydanı tərk edib. Onun “Real”la oyunda iştirakı sual altındadır.
Martın 20-də keçiriləcək “Real” – “Barselona” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.