“Tottenhem”in müdafiəçisi Serxio Regilon “Barselona”nın hədəfindədir.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu yay transfer pəncərəsi dövründə 25 yaşlı ispaniyalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Futbolçu ilə danışıqlara başlandığı bildirilib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Regilon2018-2020-ci illərdə Madrid klubunun əsas komandasında çıxış edib. O, bu mövsüm Premyer Liqada 23 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.