
"Barselona" ondan qurtulmağın yollarını arayır
- 16 Avq 2022 22:15
- 434
"Barselona" hücumçusu Martin Breytueytdən qurtulmağın yollarını arayır.
Rekord.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin səylərinə rəğmən, bu yöndə hər hansı irəliləyiş yoxdur.
Xəbərə görə, 31 yaşlı danimarkalı hücumçu yeni iş yeri tapmaq niyyətindən uzaqdır və onu transfer etmək istəyən klubların nümayəndələri ilə danışıq aparmaqdan boyun qaçırır. Mənbə "Barsa" rəhbərliyinin Breytueyti təzminatsız buraxmağa hazır olduğunu, lakin futbolçunun bu varianta da "yox" dediyini vurğulayıb.