“Atletiko” Alvaro Moratanı icarəyə götürmək üçün “Barselona”ya “hə” cavabı verib.

Rekord.az xəbər verir ki, hazırda “Yuventus”da çıxış edən hücumçu ilə “Barselona” arasında bütün şərtlərin razılaşdırıldığı və keçidin yaxın günlərdə açıqlanacağı bildirilir.

Məlumata görə, hücumçunun keçidi “Barsa”nın baş məşqçisi Xavi üçün prioritet hədəf olub. Morata cari mövsümdə A seriyasında keçirdiyi 22 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

“Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bir müddət əvvəl bildirmişdi ki, Alvaro Morata qış transfer pəncərəsində klubu tərk etməyəcək.