
"Barselona" akademiyası nə qədər komandanı stadionsuz qoydu
- 13:00
- 127
Bakıda açılacaq "Barselona" Futbol Akademiyası "ASK Arena"da fəaliyyət göstərəcək.
Rekord.az xəbər verir ki, artıq burada təmir işlərinə də start verilib.
Akademiya üçün bu arenanın seçilməsi isə xeyli komandanın stadionsuz qalması ilə nəticələnib. Çünki burada I və II liqada, o cümlədən aşağı yaş qruplarından ibarət liqalarda mübarizə aparan nə qədər komanda ev oyunlarını keçirirdi. Stadionun "Barselona" Futbol Akademiyasına verilməsi və təmir işlərinə start verilməsi həmin komandaları stadionsuz qoyub. Nəzərə alsaq ki, Bakıda stadion çatışmazlığı var, vəziyyəti təsvir etmək elə də çətin deyil.