"Barselona" yayda ABŞ-da dostluq turniri planlaşdırıb.

Rekord.az "La Vanguardia"ya istinadən xəbər verir ki, 2022/23 mövsümünə hazırlıq çərçivəsində Kataloniya təmsilçisi ABŞ-da 3 yoxlama oyunu keçirəcək. 

Matçlardan birində "Barselona" əzəli rəqibi "Real"la qarşılaşacaq. Bu turnirdə iştirak etməklə klub təxminən 8 milyon avro qazanacaq.