Aleksey Baqa “Sumqayıt”dakı durumdan narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, belaruslu məşqçi mövsümün sonunda klub prezidenti Riad Rəfiyevlə görüşüb gələcəklə bağlı ciddi müzakirə aparmaq niyyətindədir.

Düzdür, o, gələndə hansı kluba gəldiyini bilirdi. Yəni legionersiz heyət, aşağı büdcə, məhdud imkanlar və s. Lakin vəziyyətin bu qədər acınacaqlı olacağını təsəvvür etmirdi. Söhbət futbolçu keyfiyyətini bu dərəcədə aşağı olmasından gedir. Hansı ki, belaruslu məşqçi öz oyun fəlsəfəsini heç cürə aşılaya bilmir. Bu mənada Rəfiyevlə görüşüb büdcə və heyət məsələsi ilə bağlı ciddi danışmağı düşünür. Əgər bu məsələdə heç bir dəyişiklik olmasa, “Sumqayıt”la müqaviləsini pozub vətəninə yollana bilər.

Qeyd edək ki, Baqanın Sumqayıt təmsilçisi ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.