Qazaxıstan çempionatında 4-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Turan" "Tobol"un qonağı olub.

​Bu matçda Balayevin komandası 0:3 hesabı ilə məğlub olub. Emil oyunun iştirakçısı olmayıb.

Onun adı iştirak ərizəsinə də daxil edilməyib. Hazırda "Turan" aktivindəki 1 xalla 13-cü pillədə qərarlaşıb.