Bu gün Avropa Badminton Konfederasiyasının Bakıda təşkil olunan konqresində quruma prezident seçkiləri keçirilib.

Rekord.az xəbər verir ki, seçkidə belçikalı Sven Serre qalib olub.

O, 43 səsdən 32-ni toplayaraq, növbəti 4 il müddətinə Avropa Badminton Konfederasiyasına rəhbərlik edəcək.