
“Bakcell Arena” təmirə bağlanır
- 05 Mar 2022 18:00
- 569
“Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Qeyd edək ki, son ölkə çempionu martın 13-də Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt"ı qəbul edəcək.