Babək rayonunda məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, yarışda 7 məktəbdən ümumilikdə 35 məktəbli mübarizə aparıb.

İştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınma növlərində bacarıqlarını nümayiş etdiriblər.

Payız kənd tam orta məktəbi birinci yerə sahib çıxaraq Babək rayonunu muxtar respublika final mərhələsində təmsil etmək hüququ qazanıb. Babək şəhər 1 nömrəli tam orta məktəb ikinci, Qahab kənd tam orta məktəbi isə üçüncü olub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və kubok təqdim edilib.