Azərbaycanlı futbolçu Şahin Zəkiyev Polşada qalmaqalla üzləşib.

Rekord.az xəbər verir ki, onun şərəfini qoruduğu aşağı liqa təmsilçisi "Sokol" "Gromnik" komandası ilə qarşılaşıb.

Bərabərliklə (1-1) başa çatan matçın gedişində rəqibin oyunçusu həmyerlimizin dinini təhqir edib.

Əsəblərinə hakim olmayan gənc qapıçımız həmin oyunçunun üzərinə gedərək onu vurub.

Oyunun hakimi Şahini qırmızı vərəqə ilə oyundan kənarlaşdırıb. Futbolçumuza ağır cəza veriləcəyi gözlənilir (sportinfo.az)