
Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat aldılar
- 04 Okt 2022 15:15
- 469
FIFA referilərimiz UEFA-dan yeni təyinat alıblar.
Rekord.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.