
Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək
- 06 Sen 2022 16:15
- 462
FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Litvanın "Jalqris" komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyununu idarə ədəcək.
Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də baş tutacaq.