Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə RFS-lə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib - 1:3.

Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.