Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 27-də keçiriləcək İsveç-Azərbaycan matçına böyük maraq var. "Rekord.az" xəbər verir ki, azərbaycanlı azarkeşlər Solna şəhərindəki "Friends Arena"da baş tutacaq qarşılaşmaya ilk gündə 185 bilet alıblar. Bunda milli komandanın səfər oyunlarında daima dəstəyini nümayiş etdirən "Milli dəstə" fan-klubunun xüsusi əməyi var. 

 

Qonaqlar üçün ayrılan sektorda 415 nəfər ola bilər ki, həmin biletlər alınandan sonra ikinci sektorun açılması da mümkün olacaq. Bunun üçün Avropada yaşayan həmyerlilərimizin fəal olması gərəkdir. Bilet almaq üçün aşağıdakı linkə keçid etməyiniz xahiş olunur: 

 

https://ticket.friendsarena.se/SVFF/deeplink.aspx?token=AZ3AWAY23