Azərbaycanın FIBA Avropa Kubokundakı digər təmsilçisi də uduzdu
- 00:33
- 34
"Abşeron Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Polşada "Trefl"in qonağı olub.
Sopotdakı "Sentennial Sport Hall"da baş tutan görüş meydan sahiblərinin 98:78 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, eyni qrupda yer almış “Neftçi” də bu gün Estoniyada “Kalev”ə 82:88 hesabıyla uduzmuşdu.