Azərbaycanın 44 şahmatçısı Rumıniyanın Mamaya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında çıxış edəcək.

Rekord.az xəbər verir ki, sentyabrın 4-də startı veriləcək qitə birinciliyində 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında "köhnə qitə"nin ən yaxşıları müəyyənləşəcək.

Millinin heyətində Azərbaycan birinciliyi və “Baku Open” turnirində fərqlənən şahmatçılar, perspektivli yeniyetmələr, həmçinin Landau Məktəbində seçilən uşaqlar yer alıblar. Şahmatçılarla birgə məşqçilər Fərid Abbasov, Raul Quliyev, Samir Cavadzadə və Fikrət Sideifzadə də səfərə yollanacaqlar.

Avropa çempionatına sentyabrın 15-də yekun vurulacaq.