Azərbaycanın 2 cüdoçusu bürünc medal qazandı
- 2024-02-17 00:41
- 136
Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Rekord.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu bürünc medal qazanıb.
Kişilər arasında -60 kq. çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və -66 kq. çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov turnirdə üçüncü yeri tutublar.
İlk gündə mübarizəyə qoşulmuş digər 14 cüdoçu medalsız qalıb.