
Azərbaycanı Avro-2024-ün püşkatmasında kimlər təmsil edəcək?
- 08 Okt 2022 13:45
- 375
Sabah Almaniyanın Frankfurt şəhərindəki,“Festhalle” sərgi mərkəzində Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov da iştirak edəcəklər.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.