Azərbaycanda daha bir stadion dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.


Rekord.az xəbər verir ki, söhbət Bərdə şəhər stadionundan gedir.


Əldə etdiyimiz məlumata görə arenanın soyunub-geyinmə otaqları çox bərbad gündədir. Qazon isə tamamilə saralıb və sıradan çıxıb. Rayon sakinlərindən bizə daxil olan məlumata görə, rayon rəhbərliyi bundan məlumatlı olsa da heç bir tədbir görmür. Buna səbəb kimi isə vəsaitin olmadığını göstərirlər.