II Liqada maliyyə böhranı davam edir.

Rekord.az xəbər verir ki, ötən mövsüm bu liqanın qalib olub I Liqaya vəsiqə qazanan "Şahdağ Qusar"da vəziyyət naməlum olaraq qalır.

Sponsor faktiki komandadan imtina edib və komanda dağılmaq təhlükəsi ilə üz-üzədir. II Liqada yarışmış daha bir komanda maliyyə sıxınrısı səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzədir. Söhbət "Göygöl"dən gedir. Bölgə təmsilçisindəki ağır durumdan AFFA-nın da xəbəri var. Bu komanda fəaliyyətini dayandırsa "Region Liqası"ndan hansısa komanda onu əvəz edə bilər.