Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan millisin bu gün növbəti matçına çıxıb.

9-12-ci yerlər uğrunda görüşdə rəqib Qvatemala yığması olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun rəqibin üstünlüyü ilə yekunlaşıb - 28:20.

Xatırladaq ki, Azərbaycan yığması turnirdəki ilk oyununda Bolqarıstana 19:30, Nigeriyaya isə 17:35 hesabıyla məğlub olmuşdu.