Azərbaycan yığması Qırğızıstana məğlub oldu
- 20:20
- 28
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
"Sav" stadionunda keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu penaltidən Nihad Əhmədzadə vurub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.