Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində uğurla çıxış edir. 

Rekord.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız 1/4 finalda Sloveniya millisini də 5:1 hesabı ilə məğlub edib.

Stolüstü tennisçilərimiz finala gedən yolda ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Osiyekdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.