Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatında Azərbaycan millisi növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, D qrupunda yarışan həndbolçularımız Nigeriya yığması ilə qarşılaşıb.

Millimiz bu oyundan 17:35 hesablı məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda meydan sahibi Bolqarıstana da 19:30 hesabıyla uduzmuşdu.

Çempionata aprelin 30-da yekun vurulacaq.