Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın 90 ən yaxşı liqasının siyahısını hazırlayıb.

Rekord.az qurumun saytına istinadən xəbər verir ki, ilk 3-lükdə Azərbaycan Premyer Liqası da yer alıb.

Premyer Liqamız 1069 günlük göstərici ilə dünya sıralamasında 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatımızın qurumun UEFA-ya üzv assosiasiyaların yer aldığı siyahıda da 3-cü olub. Qeyd edək ki, siyahının ilk pilləsində Şimali İrlandiya Premyer Liqası (1 563 gün) qərarlaşıb. Uels Premyer Liqası (1 348) isə 2-ci olub.