Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına qatılıblar.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.


Yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatamiyə çıxacaqlar.


Bu gün start götürəcək mundial mayın 15-də başa çatacaq.