Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.


Rekord.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev heyətdə Emmanuel Aqbason, Vesli Van Bek, Əkbər Məmmədov , Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadova güvənib.


Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.