Azərbaycan millisindən Qazaxıstan üzərində qələbə
- 10 İyn 2022 16:00
- 533
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.
Millimizin hər iki qolunu 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.
Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.