Azərbaycan millisindən ilk oyunda qələbə
- 19:00
- 35
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, yığma ev sahibi komandanı 21:8 hesabı ilə məğlub edib.
Azərbaycan millisi qrupdakı ikinci matçını da bu gün keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 22:10-da Türkiyə seçməsi ilə üz-üzə gələcək.