ABŞ-dən olan basketbol Uesli Van Bek Azərbaycan millisində çıxış edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


İspaniyanın "Tenerife" klubuna məxsus olan oyunçu AÇ-2029-un seçmə mərhələsinin oyunlarında yığmanın uğurları üçün çalışacaq.


Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.