Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşan U-17 yığması 0:2 hesabı ilə məğlub olub.

Turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Milli daha əvvəl Rusiyanın U-17 (0:1) və Belarusun (0:2) U-18 komandasına uduzub.

Azərbaycan millisi digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.