
Azərbaycan millisi Moldova və Qırğızıstanla qarşılaşacaq
- 13 Sen 2022 13:45
- 420
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoxlama oyunları çərçivəsində iki sınaq matçı keçirəcək.
Rekord.az xəbər verir ki, millimiz sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.