Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.


Rekord.az xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.


Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran - Türkiyə cütünün qalibi olacaq.