Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oldu
- 22:20
- 24
Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına beynəlxalq turnirdə çıxışlarını başa vurublar.
Rekord.az xəbər verir ki, qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.
Bundan əlavə, 3 basketbolçumuz - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.