Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.


Rekord.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.


Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.


Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.