Azərbaycan milliləri Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
- 17:45
- 25
Azərbaycanın basketbol üzrə oğlan və qızlardan ibarət U-16 milliləri Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq yarışa qatılacaqlar.
Rekord.az xəbər verir ki, paytaxt Minskdə baş tutacaq yarışda 2009-cu il təvəllüdlü və daha gənc basketbolçular iştirak edəcəklər.
Turnirdə Azərbaycanla yanaşı, ev sahibi ölkənin yığmaları, Qazaxıstan və Rusiya seçmələri mübarizə aparacaqlar.
Yarış dekabrın 5-dən 7-dək davam edəcək.