
Azərbaycan Kubokunun final matçının yeri bəlli oldu
- 01 Mar 2023 17:30
- 447
Azərbaycan Kubokunun 2022/23 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.
Rekord.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.
Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək.
Matçın vaxtı və digər detallarla bağlı əlavə məlumat veriləcək.