Azərbaycan kubokunda növbəti 1/4 finalçı müəyyənləşdi
- 22:00
- 29
Basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Quba" 105:98 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi "Sabah" olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
Daha əvvəl "Neftçi" 1/4 finala yüksələrək "Gəncə" kollektivinə rəqib olub.