Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Rekord.az xəbər verir ki, eyni gündə keçiriləcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları

21 aprel

“Keşlə” – “Zirə”
Bakı. “ASK Arena”, 18:30.

“Sumqayıt” – “Qarabağ”
Sumqayıt. “Kapital Bank Arena”, 20:30.