Azərbaycan klubunda yeni basketbolçu
- 01 Fev 2026 18:00
- 173
NTD klubu yeni basketbolçu ilə anlaşıb.
Bu barədə Rekord.az-a Bakı təmsilçisindən məlumat verilib.
Zeyn Nouls mövsümün sonuna kimi komandada çıxış edəcək.
Baham adalarından olan 34 yaşlı oyunçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Zeyn Nouls son olaraq Türkiyənin "Cedi Osman" klubunun şərəfini qoruyub.