"Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Xırdalan" Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.