Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
- 21:00
- 34
Azərbaycanın basketbol klubu "Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununda qələbə qazanıb.
Rekord.az xəbər verir ki, I qrupunda mübarizə aparan "ağ-qaralar" 4-cü turda Polşanın "Trefl" komandasını 92:87 hesabı ilə üstələyib.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.