Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandası heyətinə daha bir oyunçu qatıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ABŞ-dən olan Leon Gilmore ilə güclənib. Basketbolçu artıq klubun düşərgəsindədir.

"Sərhədçi" bundan əvvəl Troy Dilan Kraknell və Kaleb Melikan Hanteri heyətə cəlb edilmişdi.